Bu şəxslərə dövlət yeni ev tikəcək

17 Dekabr 2020 20:43 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Ermənistanın təcavüzü nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəydiyi məlum olub.

Nazirlər Kabinetindən AzNews.az-a verilən məlumata görə, bərpası və təmiri mümkün olmayan əmlak sahibləri müasir layihələr əsasında tikilmiş yeni tikililərlə təmin olunacaqlar.

Bərpası və təmiri mümkün olan əmlaklar isə dövlət hesabına təmir və bərpa ediləcək.

Qeyd edilib ki, ilkin mərhələdəki yardımlar nəqliyyat vasitələrinə görə ödənişləri nəzərədə tutmur.