Türkiyədə virusa yoluxma sayı azaldı, ölüm sayı artdı

17 Dekabr 2020 21:26 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 243 nəfər dünyasını dəyişib, 4209-ü simptomatik olmaqla 27 515 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 17,364-ə, bu virusa yoluxanların sayı isə 1,955,680-ə çatıb.

Ümumilikdə 21 milyondan çox insan test olunub.