Makronun xanımının da test nəticəsi açıqlandı

17 Dekabr 2020 22:21 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun da test nəticəsi açıqlanıb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, Fransanın birinci xanımının testi neqativ nəticə göstərib. Bununla belə Biricit makronun özünütəcrid rejiminə keçəcəyi və yaxın günlərdə təkrar test verəcəyi bildirilib.

Xatırladaq ki, bu gün Yelisey sarayından Emmanuel Makronun koronavirusa yoluxduğu açıqlanıb. Bu səbəbdən o, 7 günlük karantinə alınıb. Makrondan sonra baş nazir Jan Kasteks, parlamentin sədri Rişar Ferran da özünü təcrid ediblər.