FIFA ilin ən yaxşı qapıçılarını açıqladı

17 Dekabr 2020 22:43 (UTC+04:00)

FIFA ilin ən yaxşı kişi və qadın qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.

AzNews.az-ın məlumatına görə, kişilərdən “The Best” mükafatına Almaniya "Bavariya"sının qolkiperi Manuel Noyer layiq görülüb. O, İngiltərə "Liverpul"undan Alisson Beker və İspaniya "Atletiko"sundan Yan Oblakı qabaqlayıb.

Fransa "Lion"unun qolkiperi Sara Buaddi isə yaxşı qadın qapıçı seçilib.