İlin ən yaxşı baş məşqçiləri bilindi

17 Dekabr 2020 23:26 (UTC+04:00)

FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adını elan edib.

AzNews.az-ın məlumatına görə, kişilərdən “The Best” mükafatına İngiltərə "Liverpul"una rəhbərlik edən Yurgen Klopp layiq görülüb. Almaniyalı mütəxəssis "Lids Yunayted"dən Marselo Byelsa və Almaniya "Bavariya"sından Hans-Diter Fliki geridə qoyub.

Niderlandın qadınlardan ibarət əsas yığmasının baş məşqçisi Sarina Viqman isə qadın namizədlər arasında birinci olub.