ABŞ-da virusa yoluxanların sayı 17 milyonu ötdü

17 Dekabr 2020 23:54 (UTC+04:00)

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 17 000 408 nəfər çatıb.

AzNews.az xəbər verir ki, bunu Cons Hopkins Universitetinin məlumatları göstərir.

Virusa yoluxanların sayına görə Kaliforniya ştatı liderdir. Burada 1 715 422 nəfərin pandemiyadan əziyyət çəkdiyi məlumdir.

Daha sonra Texas (1 534 831 nəfər), Florida (1 155 335 nəfər ), İllinoys (870 600) və Nyu-York (804 555) ştatı gəlir.

ABŞ-da ümumilikdə koronavirusdan müalicə alan 307 770 pasiyent vəfat edib.

Pandemiya başlayandan dünyada təxminən 74 milyon insan koronavirusa yoluxub, onlardan 1,6 milyondan çoxu ölüb.