Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

18 Dekabr 2020 12:45 (UTC+04:00)

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.

AzNews.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında sədr Sahibə Qafarova məlumat verib.

O bildirib ki, parlamentin növbəti plenar iclası dekabrın 22-də keçiriləcək: “İclasın gündəliyi barədə isə əlavə məlumat veriləcək”.