Koronavirusa qarşı vaksinasiyaya gələn ilin əvvəlindən başlanması planlaşdırılır

18 Dekabr 2020 13:45 (UTC+04:00)

Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlaması planlaşdırılır.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında deyib.

Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.

Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib.