“Putinin həyatında başqa qadın yoxdur“

8 İyun 2013 10:14 (UTC+04:00)
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin həyatında başqa qadının olmadığını və ölkə başçısının yenidən ailə həyatı qurmayacağını bildirib. Dmitri Peskov Rusiyanın "Exo Moskva" radiosuna müsahibəsində həmçinin söyləyib ki, heç kim Vladimir Putinlə Lyudmila Aleksandrovnanın şəxsi həyatına müdaxilə etməməlidir.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi mövzu ilə bağlı daha sonra deyib: "Vladimir Putinin həyatında başqa qadın yoxdur. Onun gündəlik həyatı yeni ailə qurmağa imkan vermir. Normal insan dediklərimi anlaya bilər. Lyudmila Putinin planları ilə əlaqədar hər şeyi bilməyimiz isə düzgün deyil. Ancaq özü prezidentlə normal əlaqələrini davam etdirəcəyini söyləyib."

AzNews.az