Rusiya Azərbaycandan alma idxalına qadağanı qismən ləğv etdi

18 Dekabr 2020 18:32 (UTC+04:00)

Rusiya Azərbaycandan alma idxalına qoyduğu qadağanı qismən ləğv edib.

AzNews.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəsmi saytında məlumat verilib.

Bildirilib ki, “Rosselxoznadzor” 21 dekabr 2020-ci il tarixindən etibarən Şabran rayonunda yerləşən “TURAZ”, “Ran Fruit” və “Əsədov Vahid” MMC adlı Azərbaycan müəssisələri tərəfindən istehsal olunan almaların Rusiya ərazisinə gətirilməsinə icazə verir.

“Bu qərar yetişdirilən alma ilə əlaqəli karantin fitosanitar nəzarətinin gücləndirilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin verdiyi məlumatlar, eləcə də becərilən ərazilərin fitosanitar monitorinqi və yoxlamasının nəticələri əsasında qəbul edilib”, - deyə açıqlamada vurğulanıb.