Şəmkirdə ana və qızı dəm qazından zəhərləndi, biri öldü

18 Dekabr 2020 22:19 (UTC+04:00)

Şəmkirdə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

AzNews.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Nailə Əsgərova və 7 yaşlı qızı Səlmi yaşadığı evdə dəm qazından zəhərləniblər.

Zəhərlənən ana və qızı xəstəxanaya çatdırılsa da, ananın həyatını xilas etmək mümkün olmayıb. Səlminin vəziyyəti isə ağır qiymətləndirilir.