Dünyada “COVID-19”a yoluxanların sayı 76 milyonu ötdü

19 Dekabr 2020 11:09 (UTC+04:00)

Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 76 milyonu ötüb.

AzNews.az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 76 006 697 nəfər koronavirusa yoluxub, 1 681 075 nəfər bu virusdan dünyasını dəyişib, 53 275 632 nəfər sağalıb.

Hazırda dünyada 21 049 990 aktiv koronavirus xəstəsi var ki, onlardan da 106 854-nün vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.