Ceyhun Bayramov Xurşidbanu Natəvanın abidəsini ziyarət etdi

19 Dekabr 2020 16:49 (UTC+04:00)

Belçika Krallığında işgüzar səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət edib və abidənin önünə tər çiçəklər qoyub.

AzNews.az-ın xəbərinə görə, məlumatı XİN yayıb.

Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.