“Neftçi” məşqçisi ilə vidalaşdı

19 Dekabr 2020 18:22 (UTC+04:00)

"Neftçi" PFK fiziki hazırlıq üzrə məşqçi Mario Kastelyano ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

AzNews.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Mario Kastelyano bu ilin yanvarından "Neftçi"də çalışırdı.