Ramanada yanğın olub

19 Dekabr 2020 19:23 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən AzNews.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, gölə yaxın açıq ərazidə təqribən 70 m² sahədə təkər və məişət tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.