PSJ Neymarsız qaldı

19 Dekabr 2020 20:26 (UTC+04:00)

Fransanın PSJ komandasının zədəli futbolçusu Neymarın durumuna aydınlıq gəlib.

AzNews.az xəbər verir ki, braziliyalı hücumçu üçün 2020-ci il vaxtından tez başa çatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Liqa 1-in 14-cü turunun Lion “Olimpik”i ilə oyununda (0:1) sol ayağı burxulan 28 yaşlı forvard bu il meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, təcrübəli oyunçu çempionatda “Lill”lə səfər matçını (20 dekabr) və “Strasburq”la ev qarşılaşmasını (23 dekabr) buraxacaq.

Qeyd edək ki, PSJ 2021-ci ildə ilk oyununu yanvarın 6-da Liqa 1-də “Sent-Etyen”ə qarşı keçirəcək.