Messi Pelenin rekordunu təkrarladı

19 Dekabr 2020 23:11 (UTC+04:00)

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 14-cü turu çərçivəsində “Valensiya”ya qarşı matçda növbəti qolunu vurub.

AzNews.az xəbər verir ki, bununla da 33 yaşlı argentinalı futbolçu Kataloniya təmsilçisində vurduğu qolların sayının 643-ə çatdırıb.

Messi bir klubda vurduğu qolların sayına görə braziliyalı Peleyə çatıb. Pele Braziliyanın “Santos” komandasının heyətində məhz 643 qola imza atmışdı.

Qeyd edək ki, “Barselona” – “Valensiya” matçı 2:2 hesabıyla başa çatıb. “Barselona”da 747-ci matçını keçirən Messi, növbəti oyunlarda daha bir qol vurmağı bacarsa, Peleni geridə qoyacaq.