“Liverpul”dan tarixi qələbə

19 Dekabr 2020 22:49 (UTC+04:00)

“Liverpul” futbol üzrə İngiltərə Premyer Liqasının 14-cü turunda “Kristal Pelas”a səfərdə böyük hesabla qalib gəlib.

AzNews.az xəbər verir ki, Mersisayd təmsilçisi bu oyundan 7:0 hesablı qələbə ilə ayrılıb.

Takumi Minamino, Sadio Mane, Cordan Hendersonun hərəyə bir dəfə fərqləndiyi matçda Roberto Firmino ilə Məhəmməd Salah dubla imza atıb.

Bu qələbə ilə Yurgen Kloppun komandası xalını 31-ə yüksəldib və liderliyi qoruyub. Bu, həm də “Liverpul”un səfərdə qazandığı ən böyükhesablı qələbə kimi tarixə düşüb. Sözügedən komandanın bundan əvvəlki rekordu “Derbi Kaunti” ilə 1991-ci ildə keçirilmiş səfər oyununda qeydə alınmışdı – 7:1.