Türkiyədə koronavirusla bağlı son vəziyyət

19 Dekabr 2020 23:26 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 241 nəfər dünyasını dəyişib, 4002-i simptomatik olmaqla 22 195 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 17,851-ə, bu virusa yoluxanların sayı isə 2,004,285-a çatıb.

Ümumilikdə 22 milyondan çox insan test olunub.