Dünyada koronavirusa yoluxanların sayı 76 milyonu ötdü

19 Dekabr 2020 23:38 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı 76 milyonu (76,363,696) ötüb.

AzNews.az xəbər verir ki, bu virusdan ölənlərin sayı 1,687,601-ə, sağalanların sayı isə 53,548,773-ə çatıb.

Qeyd edək ki, koronavirusun başladığı dövrdən bu günə qədər ən çox yoluxma ABŞ -da qeydə alınıb. Ümumilikdə ABŞ-da 17 milyon 935 min nəfər bu virusa yoluxub.