Avtobusda faciə - 47 nəfər diri-diri yandı

8 İyun 2013 13:10 (UTC+04:00)


Çinin Fuçzyan əyalətində Syamın şəhərində avtobusda baş verən yanğın nəticəsində 47 nəfər həlak olub. Daha 30 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarəti və travma alıb.

Çinin Xəbər agentlikləri faciəni bədbəxt hadisə kimi qiymətləndirmirlər. Çünki dizellə hərəkət etsə də yanmış avtobusda benzin izləri aşkarlanıb. Bundan əlavə, yanacaq çəninə yanğın nəticəsində zərər dəyməyibmiş.//faktxeber//

AzNews.az