Premyer Liqada 13-cü turun oyun cədvəli açıqlandı

20 Dekabr 2020 17:09 (UTC+04:00)

Premyer Liqada XIII turun oyun cədvəli məlum olub.

AzNews.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, eyni gündə keçiriləcək turun iki görüşü “CBC Sport” kanalı vasitəsilə, biri isə Peşəkar Futbol Liqasının saytında canlı yayımlanacaq.

24 dekabr (cümə axşamı)

“Səbail” – “Qəbələ” (canlı/pfl.az)
“ASCO Arena”, 16:00

“Neftçi” – “Keşlə”
“Bakcell Arena”, 18:00 (canlı/“CBC Sport“)

“Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”, 16:00

“Qarabağ” – “Zirə”
“Azersun Arena”, 16:00 (canlı/“CBC Sport“).