Yaponiya sahillərində 6 baldan çox zəlzələ oldu

20 Dekabr 2020 22:27 (UTC+04:00)

Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ olub.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentri Honsyu adasında Hatinoxe şəhərindən 95 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan olunmayıb.