Bakıda 53 yaşlı qadın yol qəzasında xəsarət aldı

20 Dekabr 2020 23:46 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

AzNews.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1967-ci il təvəllüdlü Sevinc Abdullayeva xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.