Prezident maskaya görə cərimələndi

21 Dekabr 2020 12:23 (UTC+04:00)

Çili Prezidenti Sebastian Pinera ictimai yerdə maskasız olduğu üçün cərimələnib.

AzNews.az xəbər verir ki, bu barədə Valparaiso Səhiyyə Katibliyi tvitterdə məlumat yayıb. Qeyd olunub ki, dövlət başçısı 5 dekabrda ölkənin Kaçaqua bölgəsindəki Zapallar çimərliyində maskasız istirahət etdiyi üçün 2 milyon 551 min 450 Çili pesosu (3 min 500 dollar) miqdarında cərimələnib.

Çili mətbuatında Pineranın ödədiyi cərimənin qəbzi də yer alıb.