40-a yaxın itkin hərbçi axtarılır, 60-dan çoxunun identifikasiyası aparılır

21 Dekabr 2020 18:32 (UTC+04:00)

Hazırda Vətən müharibəsində itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması üzrə işlər davam etdirilir.

AzNews.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər də gedir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.