COVİD peyvəndinin Avropa Birliyində istifadəsi şərti olaraq təsdiqləndi

21 Dekabr 2020 20:46 (UTC+04:00)

Avropa Dərman Agentliyi və Dünya Tibbi Məhsullar Komitəsi Pfizer və BioNTech-in hazırladığı "BNT162b2" peyvəndinin Avropa Birliyində istifadəsini şərti olaraq təsdiqləyib.

AzNews.az xəbər verir ki, Avropa İttifaqı Şurasının bu gecə bu təsdiqetməni qəbul etməsi gözlənilir.

İlk olaraq peyvəndin Avropa Birliyi ölkələri üzrə paylanması planlanlaşdırılır.

Qeyd edək ki, sözügedən şirkətin hazırladığı peyvəndə İngiltərə, İsveçrə, Kanada, ABŞ icazə vermişdi.