İranda sutka ərzində 187 nəfər ölüb

22 Dekabr 2020 14:15 (UTC+04:00)

İranda ötən sutka ərzində 187 nəfər koronavirusdan (COVID-19) ölüb.

Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54 003 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 208 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 170 743 nəfərə çatıb. Virus daşıyıcılarından 5 467 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 903 998 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 7,14 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 205 rayonun narıncı və 243 rayonun sarı zona olduğunu deyib.