Kasilyas “Real”a qayıtdı

22 Dekabr 2020 18:32 (UTC+04:00)

İspaniyanın “Real” klubunun keçmiş qapıçısı İker Kasilyas doğma komandasına qayıdıb.

AzNews.az xəbər verir ki, Kasilyas Madrid klubunun fondunda direktor müavini vəzifəsində çalışacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

1999-2015-ci illərdə “Real”ın əsas komandasında oynayan Kasilyas, yayda karyerasını bitirib.