Antarktidada da koronavirus aşkarlandı

22 Dekabr 2020 23:08 (UTC+04:00)

Pandemiyanın başlanğıcından indiyədək koronavirusun yayılmadğı yeganə qitə Antarktidada da COVİD-19 aşkar edilib.

AzNews.az xəbər verir ki, “The Guardian”nın yazdığına görə, General Bernardo O'Higgins Riquelme Tədqiqat Bazasında ilk dəfə yoluxma faktı təsdiqlənib.

Çili ordusundan verilən açıqlamaya görə, bazada 26-sı əsgər olmaqla 36 nəfər Çili vətəndaşı bu virusa yoluxub.

Testləri pozitiv çıxan hərbçilərin vəziyyətlərinin yaxşı olduğu deyilir.

Qeyd edək ki, bu günə qədər dünyada 77 milyondan artıq insan bu virusa yoluxub, 1 milyondan çox insan isə ölüb.