Türkiyədə koronavirusa yoluxma sayı azaldı

22 Dekabr 2020 23:43 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 251 nəfər dünyasını dəyişib, 3,309-u simptomatik olmaqla 19 256 pasiyent COVİD-19 xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 18,602-ə, bu virusa yoluxanların sayı isə 2,062,960-a çatıb.

Ümumilikdə 22 milyondan çox insan test olunub.