İsraildə parlament buraxıldı

23 Dekabr 2020 10:00 (UTC+04:00)

İsrailin iyirmi üçüncü çağırış parlamenti cari il üçün ölkənin dövlət büdcəsinin təsdiqləmə müddətinin bitməsi səbəbindən bu gün Bakı vaxtı ilə 02:00-da avtomatik olaraq buraxılıb.

Məlumata görə, bu barədə İsrailin dövlət kanalı “Kan” xəbər verib.

Bildirilir ki, 24-cü çağırış Knessetə erkən seçkilər 2021-ci ilin 23 mart tarixində keçiriləcək.

İsraildə Knessetə sonuncu seçkilər cari ilin 2 mart tarixində keçirilib. (Trend)

AzNews.az