Yerə 3 asteroid yaxınlaşır

23 Dekabr 2020 11:30 (UTC+04:00)

Yerə "potensial təhlükəli" hesab olunan 3 asteroid yaxınlaşır.

Məlumata görə, bu barədə ABŞ Milli Kosmik Agentliyinin (NASA) Yerətrafı obyektləri tədqiqi mərkəzi bildirib.

Qeyd olunur ki, asteroidlər dekabrın 25-də Yerə ən yaxın məsafədən keçəcək. Həmin asteroidlərdən ən böyüyünün diametri 200 metrə yaxındır.

Asteroidlərdən biri Yerə 3 milyon kilometrədək yaxınlaşacaq.

NASA planetə 7,5 milyon kilometrədək yaxınlaşan bütün obyektləri "potensial təhlükəli" hesab edir.

AzNews.az