Ruhani işğaldan azad olunmuş ərazilərimizdən danışdı

23 Dekabr 2020 14:00 (UTC+04:00)

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi İranın iqtisadi fəaliyyəti üçün müsbət təsirə malikdir.

Məlumata görə, bunu İran prezidenti Həsən Ruhani hökumətin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, Qarabağ müharibəsi Azərbaycanın İranla sərhədinin işğalçılardan azad edilməsi ilə nəticələndi: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin ilk müsbət təsiri İran və Azərbaycan arasında "Xudafərin" hidroqovşağı haqqında yekun anlaşma əldə olunmasıdır”.

H.Ruhani əlavə edib ki, tezliklə bu hidroqovşaqdan asanlıqla istifadə olunacaq. Bu hidroqovşaq İranın 120 min hektar ərazisini su ilə təmin edə bilər. (Trend)

AzNews.az