Zelenski İlham Əliyevi Ukraynaya rəsmi səfərə dəvət edib

23 Dekabr 2020 15:15 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Kiyevə rəsmi səfərə dəvət edib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, o, dəvətini Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda çatdırıb.

“Ukrayna və Azərbaycan arasında aktual məsələlərin geniş spektri üzrə şəxsi dialoqumuzun davam etdirilməsi üçün ilk münasib fürsətdə Sizi rəsmi səfərlə Kiyevdə görməyə şad olardım”, - V.Zelenski vurğulayıb.