İƏT-in 9-cu Baş katibi Prezident İlham Əliyevi təbrik edib

23 Dekabr 2020 15:30 (UTC+04:00)

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə, ilk növbədə, Zati-alinizə, həmçinin möhtərəm xanımınıza və qardaş Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik diləyirəm.

Bu il çox xoşbəxtik, belə ki, Sizin Ali Baş Komandanlığınızla qəhrəman Azərbaycan Ordusu türk millətinin və dostlarının mənəvi dəstəyi ilə işğal altındakı torpaqlarını azad etmiş və hər kəsin təqdirinə layiq böyük hərbi zəfər və siyasi uğur qazanmışdır.

Bu münasibətlə əziz Azərbaycan xalqına rəhbərliyiniz ilə daha firavan gələcək və əmin-amanlıq diləyir, Sizin himayənizlə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurlarının davamlı olmasını arzulayır, ehtiramlarımı bildirirəm”