“Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək”

23 Dekabr 2020 18:06 (UTC+04:00)

“Rusiya ABŞ-ın rus şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcək”.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov qətərlı həmkarı Məhəmməd ibn Əbdürrəhman Əl- Sani ilə Moskvada görüşü zamanı bildirib.

XİN rəhbəri mətbuat konfransında ABŞ-ın bəzi Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı sanksiya tətbiq etmə qərarını dəyərləndirib:

“ABŞ uzun müddətdir ölkəmizə qarşı düşmənçilik siyasəti aparır, buna cavab veriləcək. Bu addımlar ABŞ-ın başqalarına öz qaydalarını tətbiq etməyə davam edəcəyini göstərir”.