“Vergilərin artırılması sui-qəsd olar”

23 Dekabr 2020 19:37 (UTC+04:00)

“Biz xarici borclanmaya ona görə gedirik ki, ölkədə iqtisadi aktivliyə təkan verək”.

AzNews.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə deyib.

O qeyd edib ki, xarici borclanmaya getməmək üçün bir yol vergilərin artırılmasıdır: “Vergilərin artırılması isə sui-qəsd olar. Ona görə də biz borclanmaya gedirik. Bu amil dünya ölkələrinin təcrübəsində də mövcuddur”.