Limit həddini 15 faiz abonent keçib

23 Dekabr 2020 20:08 (UTC+04:00)

Cari ilin 11 ayının iqtisadi göstəricilərinə əsasən “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 317 min 683 əhali abonentinin cəmi 15,62 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib.

AzNews.az xəbər verir ki, bu da say etibarı ilə 361 926 abonent deməkdir. Yerdə qalan 1 milyon 955 min 757 abonent (ümumi əhali abonentlərinin 84,38 %) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,9 % olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 % müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.