İstanbulda gediş haqqı artırıldı

23 Dekabr 2020 20:49 (UTC+04:00)

Türkiyənin ən böyük şəhərində nəqliyyat vasitələri üzrə gediş haqqı qiymətində artım olub.

AzNews.az xəbər verir ki, yolpulu artımı taksi, mikroavtobus və avtobus qiymətlərində yüzdə 11 faiz təşkil edir.

Qeyd edilir ki, qiymət qalxması təkcə İstanbul şəhərinə şamil olunub.