Ali Baş Komandan: “Düşmən bu cinayətlərə görə cavab verəcək”

24 Dekabr 2020 00:09 (UTC+04:00)

“Cəbrayıl rayonunun ərazisindəyik. Azad edilmiş torpaqlardayıq. Sağ tərəfdə ermənilər tərəfindən dağıdılmış kəndlərimizdir. Gedirik Qubadlı rayonuna.

Dağıdılmış üzüm bağları. Bütün kəndlər dağıdılıb. Yolun sol və sağ tərəfində olan dirəklər torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində qoyulub”.

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı deyib.

“Bütün kəndlər dağıdılılb. Düşmən bu cinayətlərə görə cavab verəcək. Bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir.

Sovet vaxtından qalan abidə, İkinci Dünya müharibəsinə həsr edilmiş abidədir, onu da dağıdıblar”, - deyə Ali Baş Komandan əlavə edib.

Dövlət rəhbərinin videogörüntülərini Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva özünün isntaqram səhifəsində paylaşıb.