Sakit okeanda güclü zəlzələ olub

24 Dekabr 2020 10:00 (UTC+04:00)

dünSakit okeanda, Palau yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanların episentri Anqaur adasından 89 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

AzNews.az