Xalq artisti prezidentin ad gününə klip həsr etdi

24 Dekabr 2020 12:15 (UTC+04:00)

Azərbaycanın Xalq artisti Aygün Kazımova yeni klipini təqdim edib.

AzNews.az xəbər verir ki, “Vətən oğlu” adlanan klipini müğənni Prezident İlham Əliyevin ad gününə həsr edib.
Sözləri Nəriman Abbaszadə, musiqisi Fərid Kərimliyə məxsus olan klipi Türkiyənin məşhur rejissoru Selim Akar çəkib.

Qeyd edək ki, klip Aygün Kazımovanın “Youtube” kanalında yerləşdirilib.

Səidə
AzNews.az