Şəhid və qazi ailələri diqqət mərkəzində olacaq - Spiker deyib

24 Dekabr 2020 12:30 (UTC+04:00)

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

S.Qafarova İkinci Qarabağ savaşının şəhidləri və qazilərinin ailələrinin məişət qayğıları barədə də danışıb: “Gələn il Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi diqqət mərkəzində olacaq”.

AzNews.az