Deputatların heç biri virusa yoluxmayıb

24 Dekabr 2020 14:00 (UTC+04:00)

Bütün deputatlar koronavirus testindən keçiblər, heç kimdə COVİD-19 yoxdur.

Məlumata görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Büdcə müzakirələri zamanı çıxışların 10 dəqiqə olmasına etiraz edən bəzi deputatlara S.Qafarova cavab verərək qeyd edib ki, bu sadə bir sənəd deyil və deputatların çıxışı üçün reqlament 10 dəqiqə olacaq: “Əgər kimsə koronavirusdan narahatdırsa, dünən deputatların hamısı test verib və heç kim virusa yoluxmayıb”.

AzNews.az