AMEA-nın daha bir şöbə müdiri vəfat edib

24 Dekabr 2020 15:30 (UTC+04:00)

AMEA-nın Geologiya və Geofizika İnstitutunun “Geoloji-geofiziki elmlərin tarixi” şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hikmət Mahmudov 84 yaşında dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, GGİ-də1966-cı ildən işləyən Hikmət Mahmudovun rəhbərlik etdiyi şöbə əsasən petrologiya və metallogeniya sahələrində Azərbaycanda aparılan elmi istiqamət­lərin inkişafı prosesinin müəyyənləşdirilməsi, geoloji elmlərin tarixinin ayrı-ayrı sahələr üzrə öyrənilməsi, aparılan tədqiqat işlərinin elmi təhlilinin verilməsi, onların mərhələlər üzrə sistemləş­diril­məsi, Azərbaycanın qeyri-filiz faydalı qazıntılarının geokimyəvi xüsusiyyətlərinin və tətbiq sahələrinin öyrənilməsi və onların müasir elmi səviyyədə araşdı­rılması üzərində işləyib.

Belə ki, ölkədə petrologiya və metallogeniya sahələri üzrə 1930-1970-ci illərdə aparılmış elmi-tədqiqat işlərinə dair 2000-dən çox lazımi elmi materiallar əldə edil­ib, sistemləşdirilmiş və onlar üzərində elmi araşdırmalar aparıl­ıb. Həmçinin bu və digər işlər üzrə Azərbaycanın müxtəlif geodina­mik mənşəli region­larında aparılmış elmi-tədqiqat işləri müasir elmi səviyyədə təhlil olunaraq onların inkişaf xüsusiyyətləri mərhələlər üzrə verilmiş­dir. Eləcə də perlitlərin, habelə kənd təsərrüfatında, kimya sənayesində, ekologiyada, yeyinti, tikinti və digər sahələrdə tətbiq olun­ması prosesləri sınaqdan keçirilmiş və müsbət nəticələr əldə edilərək bir neçə müəlliflik şəhadətnamələri alınıb.

Qocaman alim həm də poeziya vurğunu idi. Bir neçə şeir kitabı işıq üzü görüb.