İranda ötən sutkada 6 178 nəfər koronavirusa yoluxub

24 Dekabr 2020 16:00 (UTC+04:00)

İranda ötən sutka ərzində 152 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54 308 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 178 nəfər koronavirisa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 183 187 nəfərə çatıb. Virus daşıyıcılarından 5 371 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 924 685 nəfər koronavirusdan sağalıb.