Tehran-Ankara aviareysi bərpa edilib

24 Dekabr 2020 16:30 (UTC+04:00)

"Iran Air" aviaşirkəti bir neçə aylıq fasilədən sonra Tehran-Ankara sərnişin aviareysi üzrə birbaşa uçuşları bərpa edib.

AzNews.az İranın IRNA agentliyinə istinadən xəbər verir ki, bunu aviaşirkətin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hüseyn Cahani deyib.

Qeyd edək ki, "Iran Air"in İstanbul və Ankara da daxil olmaqla dünyanın bir çox istiqaməti üzrə uçuşları fevral ayında qlobal koronavirus infeksiyasının yayılması ilə eyni vaxtda dayandırmışdı. Tehran-İstanbul arasında birbaşa uçuşlar 3 ay sonra bərpa edildi, lakin Tehran-Ankara aviareysi üzrə uçuşları bərpa etmək üçün "Iran Air" aviaşirkəti İran və Türkiyə rəsmilərindən icazə gözləyirdi.