Azərbaycanda yeni mədəniyyət strategiyası hazırlanır

24 Dekabr 2020 17:00 (UTC+04:00)

“Ölkəmizdə yeni mədəniyyət strategiyası hazırlanır”.

AzNews.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, bir qrup insan fədəkarlıqla mədəniyyət sahəsini inkişaf etdirirlər: “Mən güzəştli şərtlərlə ipoteka ilə mənzil alması üçün onların da bu kateqoriyaya daxil edilməsi çox arzu edirəm”.