Ermənistanda generalın oğlu və daha 68 nəfər saxlanıldı

24 Dekabr 2020 20:05 (UTC+04:00)

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqdə iştirak edən 69 nəfəri saxlayıb.

AzNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılanlar arasında KTMT-nin keçmiş Baş katibi, Ermənistan Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi general polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturovun da olduğu qeyd olunub. Bu barədə “Razm.info” hərbi analitik portalının koordinatoru Karen Vrtanesyan öz feysbuk səhifəsində məlumat verib.

Qeyd edək ki, Ermənistan müxalifəti artıq bir neçə həftədir ki, Paşinyanın istefası tələbi ilə aksiyalar keçirir.